Əsas menu

Gimnastika üzrə Dünya Kuboku başladı 

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku start götürüb. Oxu.Az-ın məlumatına görə, yarışda 41 ölknin idmançıları iştirak edəcəklər.

Martın 17-nə qədər davam edəcək turnirin ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Azərbaycanı Dünya Kubokunda kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova təmsil edəcək.

Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*