Əsas menu

Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı- Beynəlxalq axtarışdadır 

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb. Qırğızıstan KİV-i xəbər verir ki, Adamkul Junusov avqustun 28-də “vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib. 

İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib.

Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür. Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*