Əsas menu

Görünməyən müharibə -Dünyanın ən güclü kəşfiyyat qurumları  Fotolar

Ölkələr, qonşu dövlətlər bir-biri haqqında məlumat toplamaq üçün bir sıra casus şəbəkələri qurublar. Müasir dünyada isə, bu şəbəkələr ən müasir texnologiya, silah və pulla təmin edilir.

“Bizimxeber” “Ölkə.Az”-a istinadən bu gün oxucularına dünyanın ən güclü kəşfiyyat qurumlarının siyahısını təqdim edir.

Rusiya Xarici Kəşfiyyat Xidməti

1991-ci ildə yaranıb. Devizi “Dövlət naminə”dir. Ən məşhur əməliyyatı 2004-cü ildə çeçen terrorçu Yandarbiyevin Qətərdə öldürülməsidir. SSRİ “KQB”sinin birinci idarəsi 1991-ci ildə yenidən təşkilatlanaraq Rusiya Xarici Kəşfiyyat Xidmətinə çevrildi.

Baş qərargah: Moskva, Yasenevo 

Baş direktor: Sergey Narışkin

Mərkəzi Kəşfiyyat İdarəsi (CİA)-ABŞ

1947-ci ildə yaranıb. Devizi: “Həqiqəti dərk edirsiniz və həqiqət sizi azad edir”.

Ən məşhur əməliyyatı 1961-ci ildə Kubanın Donuz körfəzinə Kastro rejimini devirmək üçün edilən basqındır. Eyni zamanda ən uğursuz əməliyyatıdır.  Haqqında Hollivud tərəfindən miflər yaransa da, əslində ABŞ üçün ən çox məlumatı Milli Təhlükəsizlik Agentliyi toplayır. Bu qurum haqqında isə, söhbət MTA-dan gedir, məlumat çox azdır.

Baş qərargahı: Virciniya ştatı, Lenqli

Direktor: Cina Haspel

Məxfi Kəşfiyyat Xidməti (Mİ-6)-Böyük Britaniya

1909-cu ildə yaradılıb. Devizi: “Semper occultus”, yəni “hər zaman sirr”. Ən məşhur əməliyyatı 1970-ci illərin ortasında SSRİ KQB-sinin polkovniki Qordievskini öz tərəflərinə çəkmə və polkovnikin 1985-ci ildə SSRİ-dən qaçmasıdır.

Bu xidmət daha çox “Mİ-6” adı ilə tanınır (Hərbi kəşfiyyatın 6-cı bölməsi). Dünyanın ən yaşlı və məşhur casus təşkilatıdır. Populyarlığını Agent 007 Ceyms Bonda borcludur.

Baş qərargah: London, Albert 85

Rəhbəri: Aleks Yanqer

Xüsusi Tapşırıqlar və Kəşfiyyat İdarəsi (Mossad)-İsrail

1951-ci ildə yaranıb. Devizi: “Himayə olmayanda xalq əziyyət çəkir, müşavirlər çox olanda xalq yaxşı yaşayır”. Ən məşhur əməliyyatı 1960-cı ildə Buenos-Ayresli cinayətkar Eyxmanın həbsidir. Mossad ivrit dilində institut deməkdir. Bir çox kəşfiyyat qurumlarından fərqli olaraq, bu xidmətin əməkdaşları hərbçi deyil. Amma baş nazirə tabedirlər.

Baş qərargah: Tel-Əviv, Şaul xa-Melex bulvarı

Direktoru: Yosi Koen

 

Xarici Təhlükəsizlik Baş İdarəsi-Fransa

1982-ci ildə yaradılıb. Devizi: “Lazım olan hər yerdə qanun”. Ən məşhur əməliyyatı Yeni Zelandiyanın Oklend limanında “Qrinpis”in gəmisini batırmaqdır. Əməliyyat 1985-ci ildə keçirilib və “Satanik” adlandırılıb.

Fransanın az qala hər nazirliyində xüsusi xidmət orqanı var. Ehtimal edilir ki, diversiya əməliyyatlarında onlarla ancaq israilli həmkarları rəqabət apara bilər.

Baş qərargah: Paris, Mortye bulvarı 141

Baş direktor: Bernar Bajole

 

ASRA-Avstraliya

1952-ci ildə yaradılıb. Məxfi sənədlərin toplanması, əks kəşfiyyat işi ilə məşğuldur. Avstraliya hökuməti bu yaxınlarda ASRA-ya bir sıra kəşfiyyat qurumları ilə əməkdaşlığa icazə verib. Amma ASRA agentləri şəxsən bu əməliyyatlarda iştirak etmirlər.

Qurumun fəaliyyəti bir neçə dəfə tənqid edilib. Ən uğurlu əməliyyatı Melburndakı  “Şeraton” oteldə keçirilən əməliyyatdır.

Baş qərargah: Kanberra

Direktor: Dunkan Lyuis

 

PİA-Hindistan

Hindistanın Xarici Kəşfiyyat İdarəsidir. 1968-ci ildə yaradılıb. Pakistan və Çinlə müharibədə məlumat çatışmazlığı səbəbindən qurulub. Son dövlər əsas hədəfi Pakistandır.

1999-cu ildə Kəşmirdə baş verən savaş zamanı Pakistan kəşfiyyatı və terror qruplaşmaları ilə əlaqə yaradıb.

Əsas uğurlu işi 1971-ci ildə Banqladeşin qurulmasında rol oynayıb.

Baş qərargah: Nyu Dehli

Direktor: Racinder Kxanna

 

BND-Almaniya

Almaniyanın xarici kəşfiyyat qurumudur. 1956-cı ildə yaradılıb. Eyni zamanda rəsmi olaraq hökumət mühafizə idarəsidir. Əsasən alman hökumətini korrupsiya barədə xəbərdar edir.

6 mindən çox əməkdaşı var. Almaniyanın maraqlarını qorumaq üçün beynəlxalq əlaqələri izləyir.

Baş qərargah: Berlin, Pullax

Direktor: Bruno Kahl

 

Dövlət Təhlükəsizlik Nazirliyi (MSS)-Çin

 

1949-cu ildə qurulub. Çinin xüsusi xidmət orqanları arasında ən böyüyü və aktividir. Əsas ofis Pekində yerləşir. Beynəlxalq və siyasi məsələlərə nəzarət edir. Müxtəlif ölkələrdən məlumat toplayır.

MSS agentləri əsasən ABŞ, Kanada, Avstraliyada fəaliyyət göstərir. Onlar iş adamı, bankir, alim və jurnalist kimi işləyirlər.

Baş qərargah: Pekin

Nazir: Çen Ventsin

Pakistan Xüsusi Xidmət Orqanı (İSİ)


1948-ci ildə yaradılıb. Pakistan bu tarixdən 1 il əvvəl öz müstəqilliyini elan etmişdi. Qurumun yaradılmasında məqsəd yeni dövləti daha da möhkəmləndirmək idi.

İSİ tarixində ikiqat agent işləyən olmayıb. Bu səbəbdən dünyanın ən yaxşı kəşfiyyat qurumlarından biri hesab edilir. 10 mindən çox xəfiyyəsi var. Dünyanın hər yerinə səpələniblər.

Baş qərargah: İslamabad

Direktor: Navid Muxtar

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*