Əsas menu

Görüş: Putin Paşinyana nələr dedi? – Foto 

Rusiya ilə müttəfiqlik münasibətlərimiz davam edəcək. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib. 

“Heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini şübhə altına qoymayıb və qoymayacaq. Biz Rusiyanın Ermənistandakı hadisələr zamanı balanslı mövqeyini yüksək dəyərləndiririk”, – deyə o bildirib.

Rusiya Prezidenti Vladimir Putin Paşinyanın hakimiyyəti dönəmində Moskva və İrəvanın münasibətlərinin dinamik inkişaf edəcəyinə ümid etdiyini deyib:

“Mən sizə uğurlar arzu etmək istəyirəm və ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi yüksək səviyyədə olacaq. Rusiya Ermənistana yaxın tərəfdaşı və regiondakı müttəfiqi kimi baxır. Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35%-i Rusiyanın payına düşür. Ermənistanın Rusiyaya kənd təsərüffatı məhsullarının tədarükü əvvəlki aylarla müqayisədə 38% artıb”.

Qeyd edək ki, tərəflər arasında ilk görüş az öncə Soçidə keçirilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*