Əsas menu

Güclü külək ağacı “Prado” və “BMW”nin üzərinə aşırdı  Fotolar

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb. Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib:

“Ağac “Prado” və “BMW” markalı maşınların üzərinə aşıb, avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb”.

“Aşan ağac sağlam küknardır və kökündən çıxıb. Paytaxtın müxtəlif yerlərində 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb”, – deyə şöbə rəisi əlavə edib.

 

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*