Əsas menu

Gürcüstan “marixuana azadlığı”na “düzəliş edir” 

Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə narkotik istifadəsinin hüquqi çərçivəyə salınması üçün qanun layihəsi hazırlayıb.

Oxu.Az “Novosti Qruziya” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə məlumat verib.

İyulun sonunda Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə istənilən cəzanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, marixuananın yetişdirilməsi əvvəlki kimi cinayət hesab edilir.

DİN-nin hazırladığı yeni qanun layihəsi marixuananın ictimai yerlərdə, nəqliyyatda və digər yerlərdə istifadəsini qadağan edəcək.

Bundan başqa, nazirlikdə hesab edilir ki, müəllim, həkim, məmur kimi peşə sahibləri üçün marixuananın qəbulu tamamilə qadağan olunmalıdır.

Narkotik vasitənin şəxsi və ya tibbi sahədə istifadəsi üçün yetişdirilməsi məsələsinə gəlincə, baş nazir deyib ki, çətənə əkilib-becərilməsi ciddi nizama salınacaq.

Baş nazir əlavə edib ki, marixuananı 21 yaşa çatmamış insanlar arasında təbliğ edən şəxslər sərt cəzalandırılacaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*