UFC prezidenti Deyna Uayt da Nurməhəmmədovun növbəti döyüşünə görə mümkün qonorardan danışıb. Prezident rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib: “Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”.
Qeyd edək ki, Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. Onun növbəti rəqibi hələlik məlum deyil.