Qaynarinfo-nun xəbərinə görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, ölkənin Hərbi prokuroru Xanlar Vəliyev yazdığı məqalədə bildirib.
O qeyd edib ki, ayrı-ayrı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin müqayisəli təhlili aparılarkən məlum olub ki, 2017-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, 2005-ci illə müqayisədə 2 dəfə, tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2005-ci illə müqayisədə 29 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2005-ci illə müqayisədə 1,8 dəfə, xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 31 dəfə, 2006-cı illə müqayisədə 3,4 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 26 dəfə, 2005-ci illə müqayisədə 2,8 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 2999 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 325 dəfə, 2006-cı illə müqayisədə 57 dəfə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən qəsdən istifadə etməmə cinayətləri 2005-ci illə müqayisədə 4 dəfə, qulluğa səhlənkar yanaşma cinayətləri 2005-ci illə müqayisədə 3 dəfə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 1998-ci illə müqayisədə 5 dəfə, 2005-ci illə müqayisədə 2,4 dəfə, qeyri-hərbi cinayətlər 2005-ci illə müqayisədə 9 faiz, qəsdən adam öldürmə cinayətləri 1994-cü illə müqayisədə 11 dəfə, özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hadisələri 1995-ci illə müqayisədə 2 dəfə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 1994-cü illə müqayisədə 5 dəfə; mülkiyyət əleyhinə olan cinayətlər 1994-cü illə müqayisədə 22 faiz, xuliqanlıq cinayətləri 1994-cü illə müqayisədə 16 dəfə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 1994-cü illə müqayisədə 4 dəfə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sayı 1998-ci illə müqayisədə 6 dəfə, ümumi törədilmiş cinayətlər nəticəsində həlak olan şəxslərin sayı 1994-cü illə müqayisədə 8 dəfə azalıb
Bundan başqa, ötən dövr ərzində görülmüş ciddi tədbirlərin nəticəsində əsassız olaraq cinayət işlərinin başlanılması hallarının qarşısı alındığından, 2017-ci il ərzində xitam edilmiş cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 42 dəfə, 2005-ci illə müqayisədə 5 dəfə, icraatı dayandırılmış cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 111 dəfə, 2006-cı illə müqayisədə 3 dəfə azalıb.