“Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
“Energetik”in digər futbolçusu Samir Əliyev isə oyunun 78-ci dəqiqəsində aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalanıb. “Şağan” – “Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.