Əsas menu

Helikopter aviadaşıyıcının göyərtəsinə düşüb 

ABŞ-a məxsus MH-60 hərbi helikopteri hazırda Filippin dənizində üzən “Ronald Reagan” aviadaşıyıcısının göyərtəsinə düşüb. ABŞ-ın Sakit Okeanda dislokasiya olunan 7-ci donanmasının komandanlığı qəza nəticəsində yaralananların olduğunu bildirsə də, onların dəqiq sayını deməyib. Komandanlığın bildirdiyinə görə, yaralıların vəziyyəti stabildir və həyatları üçün heç bir təhlükə yoxdur.

İnsident oktyabrın 19-da səhər saatlarında baş verib. Helikopterin havaya qalxan kimi qəzaya uğradığı bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu “Ronald Reagan” aviadaşıyıcısının başçılığı altında Yaponiyanın Tokio körfəzindəki Yokosuka bazasında dislokasiya olunub. Hazırda o, ştat əməliyyatlarını yerinə yetirmək üçün Filippin dənizində üzür.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*