Əsas menu

Heydər Əliyev Fondu Ağakərimin müalicəsini üzərinə götürdü 

Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb. Oxu.Az xəbər verir ki, ötən gün Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” verlişində canlı efirə qoşulan sənətçinin oğlu Kamil ailəsinin maddi vəziyyətinin aşağı olması səbəbi ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını dilə gətirib.  

Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*