121 milyon amerikalı sözügedən sosial şəbəkədən istifadə edir. İkinci sırada isə Hindistandır. Asiya ölkəsində 71 milyon “İnstagram” istifadəçisi var. Üçüncü sırada qərarlaşan Braziliyada isə istifadəçilərin sayı 64 milyondur.

59 milyon istifadəçi ilə İndoneziya 4-cüdür. Türkiyədə isə “İnstagram”dan istifadə edənlərin sayı 37 milyona bərabərdir. Bu isə ölkə əhalisinin 45 faizi deməkdir. Digər sıralama isə belədir: Rusiya (32), Yaponiya (25), İran (24), Böyük Britaniya (23), Meksika (21,1).