Bizimxeber “Qaynarinfo”ya istinadən xəbər verir ki, qanuni şəkildə intihar etmək istəyənlər “Sarco” adlı maşın vasitəsilə bu arzularına çata bilirlər. Oturacağın yerləşdiyi maşın maye azotla işləyən hava keçirməyən kapsuladan ibarətdir. İçəriyə girən şəxs qaz axınını bir düymə ilə təmin edə bilər və bu, intihar etmək istəyən şəxsin bir neçə dəqiqə ərzində yuxuya getməsinə və ölümünə səbəb olacaq.
Sərgiyə gələn şəxslər evtanaziya prosesinin necə həyata keçirildiyini görə biləcəklər.
Lakin mətbuatda gedən müzakirələrdə intihar maşınının sərgilənməsinə etirazlar yer alıb. Bildirilir ki, bu hadisə intiharın normallaşdırılmasına və həyatın insanların gözündə dəyərsizləşməsinə gətirib çıxaracaq.