Əsas menu

İrəvanda gərginlik artır: Ordu müstəntiqlərə qarşı 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın ordunun 1 mart qırğınında iştirakı ilə bağlı bəyanatını təkzib edib.

Axar.az xəbər verir ki, Davtyan jurnalistlərə açıqlamasında 2008-ci ildə Müdafiə Nazirliyində vəzifə tutduğunu və bu tarixdə baş verənlərin hamısını 1 mart hadisələri ilə bağlı cinayət işini aparan müstəntiqlərə açıqladığını bildirib. O, 1 mart hadisələri zamanı ordunun ön cəbhədən paytaxta gətirilməsinin adi iş olduğunu söyləyib. Davtyan həmçinin 1 mart hadisələri zamanı ordunun İrəvandakı yaşayış binalarına atəş açmasını da təkzib edib:

“Əgər atəş açılıbsa, bunu ayrı-ayrı adamlar ediblər. Ordudan ümumilikdə danışmaq olmaz. Belə əmr yox idi”.

Qeyd edək ki, Xaçatryan bundan öncə 1 mart hadisələri zamanı ordunun yaşayış binalarına atəş açmasıyla bağlı faktlara sahib olduğunu bəyan etmişdi.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*