Əsas menu

İranda qaz kəmərində partlayış olub – ölənlər var 

İranın cənub-qərbində, Fars körfəzi yaxınlığında, Mehşəhr və Əhvaz şəhərləri arasında qaz kəmərində baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər də müxtəlif xəsarətlər alıb.

“Report” İRNA-ya istinadən bu barədə xəbər verir ki, partlayış nəticəsində yaxınlıqda dayanan avtobusda yanğın baş verib, nəticədə sürücü xəsarət alıb. Bununla yanaşı, bir yük maşını ilə şəxsi avtomobil yanıb.

Yerli hakimiyyət qurumları ilkin ehtimal kimi, hadisənin qaz sızıntısı səbəbindən baş verdiyini bildirib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*