Əsas menu

İranda xaos: azərbaycanlılar fabriki ələ keçirdilər – Video 

Güney Azərbaycanın Sulduz şəhərində əkinçilər məhsullarının pulunu ala bilmədikləri üçün “Sulduz Şəkər Fabriki”nə hücum ediblər.

“Bizimxeber” xəbər verir ki, şirkət bir il əvvəl aldığı məhsuldan əldə olunan şəkəri satsa da, çuğundur sahiblərinin haqqını ödəməyib. Əkinçilər bu müddətdə dəfələrlə etiraz yığıncağı keçirib, pullarını ala bilmədiklərini görəndə isə fabriki müvəqqəti ələ keçirmək qərarına gəliblər.

Fabrikə daxil olduqdan sonra məsul şəxsləri qovan etirazçılar qapını bağlayıblar və tələbləri təmin edilməyənədək məsulları içəri buraxmayacaqlarını bildiriblər.

Qərbi Azərbaycan Kənd Təsərrüfatı Sendikası Qurumunun İdarə Heyətinin rəisi Salman Qüdrəti Mövzu ilə bağlı “İlna” xəbər agentliyinə danışarkən heç kimin əkinçilərin mənafeyini düşünmədiyini deyib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*