Əsas menu

İsa Həbibbəyli iki “y” və bir “y” barədə danışdı 

“Mən ziyalı cəmiyyətinin bütövlüyünü qorumağı bəzi sözlərin iki “y” ilə yazılmasından vacib hesab etdim”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O əlavə edib ki, apostrofu qaytarmaq qətiyyən olmaz: “Nazirlər Kabineti artıq qərar verib. Sözlərin apostrof və iki “y” ilə işlədilməsi ana dilinin saflığıdırmı? Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər, “dil əldən getdi” deyə müsibət qoparmışdılar. Mən fikirləşdim ki, dilimizdəki bəzi sözlərdə iki “y” qalsa da dilimiz böyük şey itirmir. Amma Azərbaycan ziyalılarını iki yerə parçalamaq, aldadıb meydana, küçələrə salmaq, çaşqınlıq yaradıb sabitliyi pozmaq doğru hal deyil. İki “y” ilə yazılan sözlərin bir “y” ilə yazılması elmi cəhətdən doğrudur. Amma Azərbaycan cəmiyyəti buna hazır deyil, zamana ehtiyac var. Bu səbəbdən biz mövqeyimizdən geri çəkildik. Əgər biz geri çəkilməsəydik, bu adamlar sabitliyi pozmaq üçün çox sərt və radikal addım atmağa hazır idilər. Onların maraqları dil deyildi, öz şəxsi maraqları var idi. Bizim işimiz Azərbaycançılıqdır”.(Report)

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*