Əsas menu

İŞİD-in 2012-ci ildə qaçırdığı britaniyalı jurnalist sağdır – “Guardian” 

Suriyada 2012-ci ildə İŞİD terror qruplaşması tərəfindən oğurlanan britaniyalı jurnalist Con Kentlinin sağ olduğu açıqlanıb. Bu barədə “The Guardian” Böyük Britaniya DİN-in bəyanatına istinadən məlumat yayıb. 

Nəşr yazır ki, Britaniya DİN-nin təhlükəsizlik məsələləri üzrə rəhbərinin müavini Ben Uolles təfərrüatları açıqlamaqdan imtina edib. O, terrorçuların hazırda jurnalisti harada saxladıqlarını da bildirməyib.

Qeyd edək ki, “The Sunday Times”ın fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda girov götürülüb.

 

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*