Əsas menu

“İstirahət mərkəzində fahişəliklə məşğul olmuşam” – MƏHKƏMƏ 

İnsan alverində təqsirləndirilən 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məmmədovaya şərti cəza verilib. İttiham aktına əsasən, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımova, Adilə Zeynalova, onun bacısı Xatirə Zeynalova, Arzu Məmmədova və Gülnarə Qasımovanı (ad və soyadlar şərti) İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən A.Məmmədova ifadəsində yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamadığını, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində qabyuyan işlədiyini deyib: “Bir müddət həmin istirahət mərkəzində özüm də fahişəliklə məşğul olmuşam. Nərminə Qasımovanı “Göy qurşağı”ndan tanımışam.

Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi. Həmçinin, Adilənin bacısını da əxlaqsızlıq etməyə məcbur etməmişəm. Onlar hamısı bir müddət gəlib fahişəliklə məşğul olur, sonra çıxıb gedirdilər. Iğdırda hamı mənə “Səma” deyə müraciət edirdi”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*