Əsas menu

İsveçdə 16 yaşlı məktəbli qız Nobel Sülh Mükafatına namizəd olub – VİDEO 

Skandinaviyalı siyasətçilər 16 yaşlı isveçli məktəbli qız Qreta Tunberqi (Greta Thunberg) qlobal istiləşmə ilə mübarizə hərəkatına verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd kimi göstəriblər. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Aftonbladet” nəşri məlumat verib.

“Belə əhəmiyyətli mükafata namizəd olmaq çox şərəflidir və xoşdur. Bu, inanılmazdır və bir az qəribədir”, – Qreta “Aftonbladet”ə müsahibəsində deyib.

Bu təşəbbüsü parlamentdə Sol Partiyanı təmsil edən İsveç siyasətçiləri Yens Holm və Hokan Svennelinq, eləcə də norveçli siyasətçilər irəli sürüblər.

Yeniyetmə isveçli qız 2018-ci ilin avqust ayında Stokholmda parlament binası qarşısında təkbaşına “məktəb tətili” başlatmaqla KİV-in diqqətini üzərinə çəkib. O, isveçli siyasətçilərin zərərli tullantıların azaldılmasına dair Paris sazişinin şərtlərini yerinə yetirməyənə qədər məktəbə getməyəcəyini söyləmişdi.

Q.Turnberq BMT İqlim Konfransında və Davosda Dünya İqtisadi Forumunda çıxış etmək üçün dəvət edilib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*