Nazirə yaxınlığı ilə tanınan idmançı, Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Modern.az saytına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Yayılan xəbərlər yalandır. Cənab nazir hazırda işdədir, yəni öz yerindədir. Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var. Tutaq ki, mən işlə bağlı harasa göndərilmişəm və həmin parada gedə bilməmişəm.  Yəni yayılan xəbərlər sadəcə olaraq şayiədir”.