Əsas menu

Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev Bakının Şüvəlan qəsəbəsində yerləşən “Şimal Elektrik Stansiyası”ında baş vermiş yanğınla əlaqədar hadisə yerinə gediblər. Bu barədə FHN məlumat yayıb. Məlumata əsasən elektrik stansiyasının ərazisində yerləşən ehtiyat transformatorda baş vermiş yanğın artıq söndürülüb.

***

“Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib:“Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib”.

*   *   *17:24

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən baku.ws-ə bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

“Azərişıq” ASC-nin məbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, yanğının elektrik stansiyasına aidiyyatı yoxdur: “Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə yaxınlığında baş verib. Hazırda elektrik enerjisinin verilməsində də heç bir problem yaşanmayıb”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*