Şirkətdən Unikal.org-a verilən məlumata görə, şəbəkəyə məxsus bəzi otellərin adı isə dəyişdirilərək ”Kaspıa” olub. Misal üçün Qəbələdə yerləşən “Qafqaz Yeddi Gozel Hotel”in adı dəyişdirilərək “Kaspıa Yeddi Gozel Hotel Gabala”, Lənkəranda yerləşən “Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək “Kaspıa Sahil Hotel Lankaran” adı verilib.
Qeyd edək ki, “Gilan Holdinq”ə daxil olan “Qafqaz” otellər şəbəkəsinə 13 otel daxil olub və bu mülklərin sahibi isə Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov olduğu deyilir.