“Qayınatam səhər heyvana yem verdikdən sonra, qapını bağlamağı unudub. Bir neçə ildir saxladığımız “Belka” adlı keçi evə girərək, stolun üstünə qoyulmuş 20 min avro pulu yeyib. Ərim həmin hadisəni görəndə halı pisləşdi, az qalsın ürəyi dayanacaqdı. O pullardan geriyə sadəcə 300 avro qalmışdı. Ərim o vaxtdan bəri danışmır, sadəcə oturub eyni nöqtəyə baxır”, – deyə Milena Simic bildirib.
Xəbərdə həmçinin 20 min avronu yeyən “Belka”nın kəsilib qızardıldığı qeyd olunur.