Əsas menu

Kım Çen Inın Seula səfərinin vaxtı dəqiqləşib 

Koreya Respublikasının Prezidenti Mun Ce-in KXDR lideri Kım Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib. Bizimxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Chosun ilbo” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Mun Ce-in artıq Kim Çen Ina rəsmi dəvət göndərib. Bununla əlaqədar Cənubi Koreya prezidenti administrasiyasının Şimali Koreya istiqamətində fəaliyyətinin aktivləşməsi müşahidə olunur.

Xatırladaq ki, 2018-ci ildə KXDR və Koreya Respublikası liderlərinin üç sammiti keçirilib. Pxenyanda baş tutan son zirvə görüşü zamanı Kim Çen In “yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti bildirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*