Əsas menu

KİV: Bəşər Əsəd saraydan ayrılıb, Rusiya bazasına sığındı 

ABŞ mediası Suriya prezidenti Bəşər Əsədlə bağlı yeni xəbər yayıb. “Bizimxeber” xarici mətbuata istinadən xəbər verir ki, Əsədin ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlaması ehtimalını nəzərə alaraq Şamdakı prezident sarayından ayrılaraq, Rusiyaya aid hərbi hava bazasına sığındığı iddia edilir.

Qeyd edək ki, 2 gün əvvəl də Əsədin İrana qaçdığı iddia olunmuşdu. Lakin o, Suriyanın paytaxtı Şamda ortaya çıxmışdı.

Əsədin pəncərələri belə olmayan sığınacaqda tək qaldığı söylənilir. Bundan başqa, ABŞ mediasında ölkənin 7 hərbi təyyarəsinin Şərqi Aralıq dənizi hövzəsində, Rusiyanın Hmeymim hava bazası və Tartus dəniz donanması yaxınlarında kəşfiyyat xarakterli uçuşlar etdiyi də söylənir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*