Bir müddət əvvəl serialın baş rol ifaçısı Necati Şaşmaz bəzi kanallarla danışıqlar apardıqlarını bildirmişdi. Artıq serialı yayımlayacaq kanal da bəllidi. Belə ki, “Kurtlar Vadisi Pusu” bu dəfə “Kanal D”də tamaşaçıların görüşünə gələcək.