Əsas menu

Leyla Abdullayeva: “Deputat Teoxarusun fəaliyyəti araşdırılmalıdır” 

Bu günlərdə kütləvi informasiya vasitələrində Avropa Parlamentinin üzvü Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumat yayılıb.

Həmin deputatın Azərbaycanda da arzuolunmaz şəxs olduğunu nəzərə alaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevanın məsələyə münasibətini öyrənib.

Leyla Abdullayeva deyib: “Bildiyiniz kimi, Avropa Parlamentinin Kiprdən olan üzvü E.Teoxarus ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edərək Azərbaycan qanunvericiliyini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu üçün ölkəmizə girişi arzuolunmayan şəxslər siyahısına daxil edilib və Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ona qarşı iş açılıb.

Qeyd olunan deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə tərəfimizdən ifşa edilib. Bu baxımdan onun adının növbəti belə bir halda hallanması təəccüb doğurmur.

Ekstremist və qatı millətçi baxışlara sahib olan bu siyasətçinin Albaniya Respublikasının ərazi bütövlüyünə qarşı bəyanatları və bu ölkədə konstitusiya qaydasını pozmağa yönəlmiş cəhdləri Albaniya tərəfinin tamamilə haqlı qərarı ilə nəticələnib və Avropa Parlamentinin sözügedən üzvü növbəti bir ölkədə arzuolunmaz şəxs elan edilib. Hesab edirik ki, bu deputatın fəaliyyəti Avropa Parlamentinin etik məsələlərə məsul komitələri tərəfindən araşdırılmalıdır”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*