Azərbaycan Velosiped İdmanı Federasiyasından “Bizimxeber”ə verilən məlumata görə, tədbirdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.
100-dən artıq velosipedçi “Azneft” dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.