Əsas menu

Mərkəzi Bank səhv proqnoza görə 4,5 milyard itirdi 

Rusiya Mərkəzi Bankının beynəlxalq valyuta bazarındakı müqavilələri 2017-ci ildə Moskvanın qızıl valyuta ehtiyatlarına zərbə vurub. Mərkəzi Bankın avronun dollara nisbətdə dinamikasını düzgün dəyərləndirməməsi məzənnə fərqində itkinin milyard dolları keçməsinə səbəb olub. Belə ki, Rusiya Mərkəzi Bankının addımları sayəsində 2017-ci ilin əvvəlində 115,4 milyard avroya sahib olan Moskvanın ilin sonuna yaxın avro ilə olan ehtiyatları xeyli azalıb.

Rusiya Mərkəzi Bankı keçən ilin yanvarında 19,5 milyard avronu dollara çevirib. Nəticədə Avropa valyutasının Rusiyanın ehtiyatlarındakı payı 25,7%-ə qədər azaldılıb. Mərkəzi Bankın dollara yatırım etməsindən sonra bazar əks istiqamətdə hərəkət edib. Nəticədə avro bahalaşmağa başlayıb.

Buna görə də Rusiya qızıl-valyuta ehtiyatları məzənnə fərqində yaranacaq 4,5 milyard dollarlıq gəlirdən məhrum olub

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*