Əsas menu

Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı 

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 20-si saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunub ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Qeyd edək ki, müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*