Əsas menu

Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri belədir 

UFC rəhbəri Deyn Uayt rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı mümkün döyüşün şərtlərini açıqlayıb. D.Uayt bu barədə EPSN televiziya kanalının efirində açıqlama verib. Onun fikrincə, hər iki idmançı əvvəlcə oktaqonda digər rəqiblərlə qarşılaşmalıdırlar. O, K.Makqreqora uyğun gələn rəqib olaraq amerikalı Donald Serroneni görür. 30 yaşlı H.Nurməhəmmədov isə oktaqona amerikalı Toni Ferqyusonla çıxmalıdır. 

“Bu iki döyüşdən sonra Makqreroqla Nurməhəmmədov arasında revanş döyüşü keçirmək olar”, – deyə D.Uayt bəyan edib.

Yanvarın 29-da UFC 229-da baş verən insidentlə bağlı Nevada ştatının Atletik komissiyasının qərarı məlum olub. H.Nurməhəmmədov doqquz aylıq diskvalifikasiya olunub və 500 min dollar məbləğində cərimə ödəməlidir. K.Makqreqor isə altı aylıq kənarlaşdırılıb və 50 min dollar məbləğdə cərimələnib.

35 yaşlı D.Serrone K.Makqreqorla döyüşməkdə maraqlı olduğunu artıq açıqlayıb. Döyüşçülər sosial şəbəkələrdə mesajlaşıblar. T.Ferqyusonu isə dəfələrlə H.Nurməhəmmədovun potensial rəqibi kimi göstəriblər.

Qeyd edək ki, 2018-ci ilin oktyabrın 7-də H.Nurməhəmmədov UFC-nın yüngül çəki üzrə çempionu adı uğrunda döyüşdə K.Makqreqora qalib gəlib. Rusiyalı idmançı döyüşdən sonra oktaqonun səddini aşaraq irlandiyalının məşqçisi Dillon Denisə hücum edib. Oktaqonun daxilində isə K.Makqreqor və H.Nurməhəmmədovun köməkçiləri arasında qarşıdurma yaşanıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*