Əldə etdiyimiz məlumata görə, “Maşın”ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər.
Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq. Qeyd edək ki, bundan əvvəl şouda iştirak edəcək iştirakçılardan əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı. Şou dekabrın 13-dən etibarən ATV kanalında yayımlanacaq.