Prokuror xeyriyyə fondunun köhnə işçilərindən biri ilə söhbət etdikdən sonra Messini ittiham edib. O, layihələr üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib.
Qeyd edək ki, 2017-ci ildə də Messiyə qarşı ittiham irəli sürülmüş, o, 4,1 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılmışdı. Həmin vaxt Messi 21 ay müddətinə həbs oluna bilərdi, lakin hakim həbs cəzasını 250 min avro pul cəzası ilə dəyişdirməyi qəbul etmişdi.