Metropoliten sözçüsü həmin marşrut üzrə hərəkət edən digər qatarın “Nizami” stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: “Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür”.