Əsas menu

Millimiz Ukraynada 9 min dollar qazandı 

Cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb. Dnepr şəhərində keçirilən yarışda altı idmançımız iştirak edib. 81 kq çəki dərəcəsinədək mübarizə aparanların yarışında Murad Fətiyevlə Fəqan Quluzadə finala çıxa bilməyib. İkinci görüşündə Ukraynanı təmsil edən erməni idmançı Qraçik Avaqyanı məğlub etmiş Quluzadə III yer uğrunda görüşdə məhz Fətiyevə qalib gəlib. Fəqan bürünc medal qazanıb.

Ağır çəkili (81 kq-dan yuxarı) idmançılar arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün üç cüdoçumuz mübarizə aparıb. Bakıda keçirilmiş dünya çempionatının gümüş mükafatçısı Uşanqi Kokauri yenə finalda büdrəyib.

Gürcü legionerimiz ikinci döyüşündə İmran Yusifovu məğlub etmiş yerli idmançı Yakov Xammoya uduzaraq gümüş medal qazanıb. İmran isə təsəlliverici yarışda ikinci döyüşündə Şahin Qəhrəmanovu məğlub etmiş özbəkistanlı Stanislav Bondarenkoya uduzaraq bürünc medal görüşünə çıxmaq şansını əldən verib.

Ukraynalı legionerimiz İrina Kindzerskaya isə vətənində yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vurmuş Kindzerskaya əvvəl yarımfinalda Anastasiya Sapsayı, daha sonra Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl ikinci dəfə Ukraynanın mütləq çempionu olub.

Qeyd edək ki, bu nəticələrə görə İrina Kindzerskaya 5 min, Uşanqi Kokauri 3 min və Fəqan Quluzadə min dollar mükafat alıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*