“Biz bir millət, iki dövlət kimi hərəkət edirik. Azərbaycanın olmadığı yerdə, onu Türkiyə təmsil edir. Azərbaycanın diplomatik missiyalarının olmadığı dünyanın ən ucqar nöqtələrində bizim missiyalarımız Azərbaycan üçün kampaniyalar aparır.
Bizim olmadığımız yerdə də Azərbaycan və başda cənab prezident İlham Əliyev olmaqla Türkiyəni azərbaycanlı qardaşlarımız təmsil edir”, – deyə Çavuşoğlu bildirib.
O, son dövrlərdə iki ölkənin həyata keçirdiyi layihələrdən də, o cümlədən Bakı-Tbilisi-Qars dəiryolu, gələn il açılacaq TANAP boru xətti və SOCAR-ın bu il Türkiyədə açdığı “Star” şirkətinin də önəmindən bəhs edib və bunların iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirdiyini dilə gətirib: “Sadəcə iki ölkənin deyil, ümumilikdə bölgənin inkişaf və sabitliyi üçün birlikdə hərəkət edirik və çox önəmli layihələr həyata keçiririk”.