Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb: “Rəsmi olaraq bildiririk ki, adıçəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb.
Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.