Əsas menu

Müğənnidən prezidentə şok müraciət: “Lazım deyiləmsə, məni vətəndaşlıqdan çıxarın” 

Opera müğənnisi Ülvi Qılınc ölkə rəhbərliyinə müraciət edib. “Yeni Sabah” xəbər verir ki, müğənni ölkədə mədəniyyət sahəsindəki problemlərdən danışıb, telekanallaın, efirlərin, aparıcıların bərbad vəziyyətdə olduğunu qeyd edib. “Prezidentlə görüşdə sənət adamları nə üçün susdular, niyə bu problemlərdən danışmadılar?

Ölkədə iş yoxdur. Sıradan bir müğənni olsaydım, susardım. Mədəniyyət nazirinə də müraciət etmişəm ki, dünyada məndən böyük səs diapazonu olan insan varsa susuram. Amma dəfələrlə işlə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm, hər dəfə Mədəniyyət Nazirliyinə yönləndirilib və problem həll olunmayıb.

Orada özünə sənətkar deyib susanlar üçün bu ayıb bir işdir. İki nəfərdən başqa heç bir kəs problemlərdən danışmadı. Prezidentə müraciət edirəm ki, əgər mən bu səslə bu dövlətə lazım deyiləmsə, məni vətəndaşlıqdan çıxarın. Mənim problemimi dinləyəcək sizdən başqa insan və şəxsiyyət yoxdur”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*