Əsas menu

Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb – FOTO 

Oktyabrın 24-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovİsrailə rəsmi səfəri çərçivəsində Təl-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*