Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.
“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, – M.Cabbarov vurğulayıb.