Təhsil Nazirliyi tərəfindən zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradılır. Bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə  şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir: “Məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lərə müraciət etmək imkanı yaradılacaq”.