Əsas menu

Neftçalada ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi 

Neftçala rayonunda doğuş zamanı ölüm hadisəsi olub. Bizimxeber.az xəbər verir ki, dünən gecə saatlarında Abdullayeva Günel Elxan qızı qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Ana ölsə də, dünyaya gətirdiyi körpə sağ qalıb.

Dünən gecədən etibarən xəstəxanaya axışan ölənin yaxınları tibbi ekspertizadan ölümün düzgün araşdırılmasını tələb edir. Baş verə biləcək qarşıdurmanın qarşısının alınması məqsədilə xəstəxanaya əlavə polis qüvvələri göndərilib. /Axar.az/

Bir müddət əvvəl də analoji hadisə baş vermişdi ki, nəticədə ana sağ qalsa da, uşaq dünyasını dəyişmişdi.

Məlumat üçün bildirək ki, Neftçala şəhər Mərkəzi Xəstəxana yeni təmirdən çıxıb və bütün avadanlıqlarla təchiz edilib. Xəstəxananın baş həkimi Telman Zahidovdur.

Bizimxeber.Az






Bir şərh Neftçalada ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi

  1. Imanova Gulnar dedi ki:

    NeftçalaDa ölən ananın adı Gunel deyil Gulnardi

Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*