“Lazımi araşdırmalar aparıldıqdan, bazarın nəbzi yoxlanıldıqdan və əhalinin avtomat mexanizmli maşınlara tələbatını gördükdən sonra Azərbaycanın Neftçala Avtomobil Zavodunda istehsala başlamaq qərarını aldıq”, – deyə o, bildirib.

2019-cu ilin ilk yarısında 1000-dən çox avtomat mexanizm avtomobil istehsal etməyi hədəflədiklərini deyən şirkət rəsmisi Azərbaycanda da iki növ yanacaqla çalışa bilən “Peugeot Pars” model maşınlar istehsal olunacağını və gələn ildən qazanc götürüləcəyini qeyd edib.