Əsas menu

Salyanda kül olan “Ulduz” restoranı hansı məmur oğlunundur? 

Bir neçə gün əvvəl Ələt-Astara avtomobil yolunun Salyan rayonun Yenikənd kəndindən keçən 36-cı km-dəki məşhur “Ulduz” restoranı yanaraq kül olub. Yayılan məlumatda qeyd olunurdu ki, kənd sakini İslam Salayevə məxsus bu restoran müştəriləri cəlb etməsinə görə ən məşhur obyekt idi.

Hazırda kafenin qarşısında böyük çadır qurulub və müstərilərə çadırda xidmət göstərilir. Elə isə maraqlıdır? Külə dönən bu məşhur “Ulduz” restoranının əsl sahibi kimdir? Bu restoran hansı yüksək çinli məmurun oğluna məxsusdur?

Bizimxeber.az-a daxil olan məlumata görə, restorandakı yanğının telekanallarda yayımlanmasının qarşısı rayon icra hakimiyyətindəki yüksək çinli məmur və ya məmurlar tərəfindən alınıb. Heç bir telekanal bu hadisəni lentə alaraq yayımlamayıb. Yəni restoranın əsl sahibi yanğın hadisənin baş verdiyini şişirtmək və telekanallarda göstərilməsini istəməyib. Daha bir maraqlı məqam restoranın nədən yanmasıdır.

Yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

İlkin

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*