Araşdırmalar zamanı məlum olub ki, İsgəndər Xəlilovun digər avtomobilin nömrəsi 10 AA 306-dır. Lakin belə bir nömrə hazırda DYP-nin Mərkəzi-Məlumat Sistemində mövcud deyil. Görünür, milyonçu iş adamı saxta nömrədən də istifadə edir.

Qeyd edək ki, iyulun 27-də Bakıda yol polisinin keçirdiyi reyd zamanı İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı avtomobil Aeroport yolunda hərəkətdə olarkən ödənilməyən cərimələrə görə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin iş adamı polisin qanuni tələbini yerinə yetirməyərək hərəkəti davam etdirib və maşını saxlamaq mümkün olmayıb.