Əsas menu

Nəsimi rayon “Gənc İlhamçılar” düşərgəsi Şəkidə istirahətdə… 

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilmişdir.

Düşərgədə məktəblilərin istirahəti üçün maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar.

Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr etmişlər.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva aparılan ekskursiyalar və gəzintilərin, keçirilən intellektual yarışların düşərgə uşaqlarının dünyagörüşünün, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etdiyini bildirmişdir.

“Gənc İlhamçılar” düşərgəsində həmçinin Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən uşaqlar arasında futbol, voleybol, tennis, qol güləşi, bilyard və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc İlhamçılar” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar. Keçirilən bilik və idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*