Əsas menu

248 saylı orta məktəbdə “kolxoz bazarı”? – ŞOK İDDİA 

Tədris ocağının direktor əvəzi müəllimlərə məcburi qab qacaq satdırır 

İcmal.az-ın elektron poçtuna adının çəkilməsini istəməyən Binəqədi rayon 248 saylı orta məktəbin bir qrup müəllimindən şikayət daxil olub. Həmin şikayətdə qeyd edilir ki, 248 saylı orta məktəbə direktor əvəzi vəzifəsini icra edən Xəyyaam Fərəcov və onun yaxın adamı Reyhanə Qurbanova müəllimlərə “göz verib işıq vermirlər”.

Şikayətdə bildirilir ki,növbəti dərs ilinin başlanmamasına bamayaraq direktor əvəzi Xəyyam Fərəcov və müavini Reyhanə Qurbanova indidən dərs bölgüsünə başlayıblar.

Belə ki, bir müəllimin dərs saatını başqa bir müəlliməyə yükləməklə, bir saat dərs üçün 50 azn, 2 saat dərs üçün isə 100 azn hesab alırlar. Xəyyam Fərəcovla və Reyhanə Qurbanovanın bu təklifini qəbul edənlər direktor əvəzinin otağına çağrılaraq orada “işi” həll edirlər.

Yeni tədris ilinin başlamısana 2 aya yaxın vaxt qalmasına baxmayaraq artıq indidən 5 ci sinif rəhbərliyi üçün 500 AZN haqq qoyulub. Halbuki sinif rəhbərləri valideyinlər tərəfindən seçilməlidir. Ancaq X.Fərəcovla ortağı R.Qurbanova bunları zərrə qədərdə nəzərə almayaraq öz alverləri ilə məşğuldurlar.

Məktəb müəllimləri qeyd edirlər ki, X.Fərəcovla R.Qurbanovanın pul yığmalarından artıq bezmişik. Kiməsə şikayət edə bilmirik. Çünki direktor əvəzi və xanım müavini bizi işidən çıxardacağı ilə hədələyirlər. Bu yaxınlarda bütün məktəbin şəxsi heyyətinin qarşısında Xəyyam Fərəcov Səyyarə adlı xadimə işləyən işçini təhqir edərək ona ” bilmirəm təyyarəsən yoxsa səyyarə” mənə fərq etmir indi səni işdən qovaram qalarsan ağlar gündə.

Direktor əvəzi xadimə işçiyə açıq dediki ” sənin burda işləməyinə müavinim Reyhanə xanım razı deyil” və gələn tədris ilində bütün texniki işçilərin təyinatını ona tapşıracam. Daha sonra X.Fərəcov onuda deyib ki, gördünüzmü texniki işçi işləyən Gülnarəni işdən necə qovdum və kimsə bizə qarşı gələcəksə onunda aqibəti o cur olacaq.

Saytımıza göndərilən məlumatda qeyd edilir ki, Reyhanə Qurbanova vaxtı ilə 283 nömrəli məktəbdə 10 ay işləyib və daha sonra rüşvət üstündə kollktiv tərəfindən tədris ocağından qovulub. Xanım müavinin axırıncı iş yerinin Elmi İstehsalat Mərkəzi olduğu deyilir. Reyhanə xanım oxunmayan möhürlə guya bu mərkəzdə 20.04.2004-cü ildən 06.102009-cu ilə qədər tədris işləri üzrə mütəxəsis işlədiyini iddia edir. Halbuku onun bu dedikləri həqiqətə uyğun deyil. Çünki həmin mərkəzdə işləyən şəxslər Reyhanə xanımın orada işlədiyi heç cürə xatırlaya bilmirlər. Biz inanırıq ki, Təhsil nazirliyi bu məsələni araşdırıb direktor müavinin saxtkarlığını ortaya çıxardacaq.

Məlumatda oda vurğulanır ki, atestata görə hər şagirddən 20 AZN “şirinlik” alınır. Həmçinin 10-cu və 11 -ci sinif şagirdlərindən dərsə gəlməmələri üçündə əlavə hesab tələb edilir. Bütün rüşvət işləri isə birbaşa Xəyyam Fərəcovun otağında Reyhanə müəllimə ilə birlikdə danışılaraq “yolun qoyulur”.

Hətta direktor əvəzi ilə müavinin hansısa qab – qacaq satan şirkətlə “anlaşaraq” mülllimlərə məcburi kreditlə qab -qacaq satdırdığı deyilir. Hazırda Xəyyam Fərəcov müavini R.Qurbanovanın “maklerliyin”dən razı qaldığı üçün onuda “mükafat” landırmağıda unutmur.

Belə ki, məktəbin müəlliməsi Həəsnova Sevinc Mədət qızı müsabiqədən keçdiyi halda və müqaviləyə qol çəkməsinə baxmayaraq direktor ona düşən 0.5 ştat vahidini hansısa əyri yollarla Reyhanə Qurbanovaya verib.Bu isə onu göstərir ki, 248 saylı orta məktəbdə direktor əvəzi Xəyyam Fərəcovla müavini R.Qurbanova açıq aşkar özbaşınalıq edirlər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*