Ay tutulmasının ardınca – 21 avqust tarixində baş verəcək şiddətli Günəş tutulması hadisələri daha da sürətləndirəcək. Astroloqlar bu qədər hərəkətli bir ayda hər kəsə daha təmkinli, anlayışlı olmağı məsləhət görür.

Bəs bu gecə nə baş verə, ay tutulması insanlara necə təsir göstərə bilər? Bununla bağlı astroloq Firudin Qurbansoya müraciət etdik. Astroloq “Qaynarinfo”ya açıqlamasında bildirdi ki, kosmik hadisə həsas insanlara təsir göstərə bilər: 

“Bu gün 15-ci ay günü, Ayın bədr olan vaxtıdır. Proses bizim saatla saat 21:22-də başlayacaq, saat 22:20-də maksimumda olacaq, saat 23:18-də başa çatacaq. 15-ci Ay günündə insanlar çox əsəbi olurlar. Xüsusən də qadınlara bu dönəm çox mənfi təsir göstərir. Ay tutulması zamanı Yerin kölgəsi Ayın üzərinə düşür və tutulma baş verir. Bu proses yarım Ay tutulmasında, 15 dəqiqə, tam Ay tutulmasında 2 saata qədər çəkə bilər. Əgər bu dönəmin fərqində deyilsinizsə, tutulma sizə ümumiyyətlə təsir etməyəcək.

Amma səhhətinizdə hər hansı dəyişiklik hiss edirsinizsə, yüngül ürək döyüntüləri, qan təzyiqində enmə-qalxmalar varsa, bu zaman bir stəkan su götürüb bildiyiniz duanı, Quran ayəsini oxuyub suyu için. Və özünüzü sakitləşdirməyə çalışın.

Düşünün ki, Yer kürəsi kosmik aparatdır, biz isə həmin aparatın kosmonavtlarıyıq. Aparatda kiçik də olsa, dəyişiklik baş verərsə, bu birmənalı şəkildə bizə də təsir edəcək. Ancaq təbii ki, tutulmadan ilk nəsibini alanlar həssas insanlar olacaq”.

Qeyd edək ki, növbəti ay tutulması 1 ildən sonra – 27 iyul 2018-ci ildə baş verəcək.