Əsas menu

Həvəskarlar arasında NƏRD yarışı keçirildi 

Ahıllara və müharibə veteranlarına  dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi davam edir.  Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir.

Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir. Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur.

Bu yarışda Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Nərd yarışı  Asif Məhərrəmov küçəsində yeni salınmış parkda təşkil edilmişdir.

Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış,  aparılmış yenidənqurma işlərindən sonra bu  istirahət parkı  10 may 2017-ci il tarixdə sakinlərin istifadəsinə verilmişdir.

Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri- qocaman veteranlar da diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.

Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış parkda  Nəsimi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi  Əziz Həsənov Nərd yarışının iştirakçılarını  oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.

Veteranların iştirak etdiyi 2 saat davam edən yarışda  Nadir Kərimov I,  Mahir Əlihüseynov II, Vaqif Atakişiyev  III yerlərə, İnşallah Babayev, İsrail İbrahimov  və  Frunze Şumalov  isə fərqlənməyə layiq görülmüşlər. Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılmışlar.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*